“Barselona”nın və İspaniya millisinin hücumçusu Ferran Torres karyerasını La Liqanın başqa klubunda davam etdirə bilər.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Real”ın maraq dairəsinə düşüb.
“Kral klubu”nun cari yay transfer pəncərəsində Torresi heyətinə qatmaq üçün cəhd edəcəyi bildirilir.
“Transfermarkt” portalına əsasən, İspaniya millisinin üzvünün bazar dəyəri 50 milyon avro təşkil edir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Torres 2026-cı il dünya çempionatının finalının qəhrəmanı olub. O, Argentina millisi ilə oyunda (1:0) yeganə qolu vuraraq, İspaniya yığmasını dünya çempionu edib.

