İspaniya millisinin ulduzu Lamin Yamalın kiçik qardaşı Keyne finaldakı oyundan sonra da yenidən diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, oyun zamanı böyük ekranda görünən Keyne emosiyaları ilə marağa səbəb olub.
Həmçinin oyundan sonra o, yaşıl meydana gələrək qardaşı ilə dünya kubokunun coşqusunu yaşayıb.
DÇ 2026-nın 1/4 final mərhələsində İspaniyanın Belçika üzərində qələbəsindən sonra da onun emosiyaları sosial mediada viral olmuş və qısa müddətdə tanınmışdı.
Finalda İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.







