“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Mançester Siti”nin hücumçusu Erlinq Halandın transferi ilə bağlı planlardan imtina edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional.cat” məlumat yayıb.
Almaniyalı mütəxəssis norveçli forvardı gələn yay Kataloniya klubuna gətirməyi düşünmür.
Buna səbəb “Barselona”nın qarşıdakı iki il ərzində La Liqanın maliyyə məhdudiyyətləri ilə üzləşəcək olmasıdır.
Bildirilir ki, “Kamp Nou” stadionunun yeni damının tikintisi ilə bağlı xərclər klubun transfer büdcəsinə ciddi təsir göstərəcək. Flik hesab edir ki, Halandın transferi üçün tələb olunan vəsaiti toplamaq mümkün olmayacaq.
25 yaşlı hücumçu 2025/26 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə verib.

