"Ola bilsin ki, İspaniyada indiyədək onun kimi futbolçu olmayıb, əsl nemətdir"

00:20 İspaniya 151
"Ola bilsin ki, İspaniyada indiyədək onun kimi futbolçu olmayıb, əsl nemətdir"

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xavi Hernandes Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.

Bu yaxınlarda 19 yaşı tamam olacaq futbolçu DÇ-2026-nın finalında Argentina ilə qarşılaşacaq İspaniya millisinin əsas ümidlərindən hesab olunur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi, Yamalın qeyri-adi istedada sahib olduğunu bildirib:

“Yamal dahidir. Ola bilsin ki, İspaniyada indiyədək onun kimi futbolçu olmayıb.

Biz onu 15 yaşında kəşf etdik. Hələ o vaxtdan xüsusi istedada malik olduğu görünürdü.

Oyunu mükəmməl anlayır, həmişə düzgün qərarlar verir. O, əla futbolçudur, əsl nemətdir.

Dünyanın ən yaxşısına çevrilmək üçün onda hər şey var”.

DÇ-2026-nın Argentina – İspaniya final matçı sabah, saat 23:00-da keçiriləcək.

Yamal 2025-ci ildə “qızıl top” mükafatına səsvermədə ikinci yeri tutmuş və Osman Dembeledən (PSJ) geri qalmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!