“Barselona”dan təklif almamışıq, bu yay heç yerə getməyəcək”

01:30 İspaniya 103
“Barselona”dan təklif almamışıq, bu yay heç yerə getməyəcək”

“Atletik”in idman direktoru Mikel Qonsales komandanın müdafiəçisi Emerik Laportun “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəsmisi, Kataloniya təmsilçisindən ispaniyalı müdafiəçi ilə bağlı heç bir rəsmi müraciət almadıqlarını söyləyib:

“Laportla bağlı “Barselona”dan heç bir təklif almamışıq, klublar arasında heç bir əlaqə olmayıb. Hazırda tərəflər arasında danışıqlar aparılmır.

Mətbuatda yazılanların hamısı sadəcə şayiələrdir. Laport layihəmizin əsas fiqurlarından biridir və onun gedişini nəzərdən keçirmirik.

O, bizim üçün əvəzolunmaz futbolçudur və bu yay heç yerə getməyəcək”.

Daha əvvəl yayılan məlumatlarda “Barselona”nın İspaniya millisinin üzvünü bu yay heyətinə qatmaq variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilirdi.

32 yaşlı futbolçunun “Atletik”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik