Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Con Duran “Barselona”ya təklif olunub.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku 23 yaşlı forvardı satınalma hüququ ilə birlikdə icarəyə götürmək variantını nəzərdən keçirmək imkanı əldə edib.
“Barselona” bu ehtimalı istisna etməsə də, klubun əsas transfer hədəfi hələ də “Atletiko”nun hücumçusu Xulian Alvares olaraq qalır.
Con Duran “Qalatasaray”la razılığa gələ bilmir. Halbuki futbolçu bir müddət əvvəl Türkiyə klubuna keçməyə çox yaxın idi. Hazırda isə onun transferi üçün əsas namizəd “Benfika”dır.
Kolumbiyalı hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında Sankt-Peterburq “Zenit”ində keçirib. O, Rusiya təmsilçisinin heyətində 9 oyunda meydana çıxıb və 2 qol (hər ikisi penaltidən) vurub.

