“Real” Vinisiusu satıb, Halandı transfer edəcək?

00:10 İspaniya 86
“Real” Vinisiusu satıb, Halandı transfer edəcək?

“Real”ın hücumçusu Vinisius Junior 2027-ci ilin yayında Madrid klubundan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ən real ssenari braziliyalı futbolçunun müqaviləsinin müddətinin başa çatmasından sonra komandadan azad agent kimi ayrılmasıdır.

Vinisiusun yerinə “Mançester Siti”nin hücumçusu Erlinq Halandın transferi nəzərdə tutulur. Bildirilir ki, braziliyalı futbolçu ilə yeni müqavilə danışıqları hələ də irəliləmir.

25 yaşlı hücumçu “Real”a 2018-ci ildə “Flamenqo”dan 45 milyon avro qarşılığında keçib. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Vinisius 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 140 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!