“İnter”ə təklif olundu - Argentina millisinin müdafiəçisi

18:20 İspaniya 60
“İnter”ə təklif olundu - Argentina millisinin müdafiəçisi

“Atletiko”nun müdafiəçisi Nauel Molina karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, agenti argentinalı futbolçunun xidmətini “İnter”ə təklif edib.

Molina ilə Madrid klubu arasında müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olsa da, onun 2026-cı il dünya çempionatından sonra komandadan ayrılması istisna edilmir.

Molina ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına görə, 28 yaşlı müdafiəçinin bazar dəyəri 15 milyon avrodur. Daha əvvəl onunla “Napoli”nin də maraqlandığı bildirilirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama