“Onun ünvanına səslənən tənqidlərin heç bir dəyəri yoxdur, əhəmiyyət vermək lazım deyil”

15:40 İspaniya 66
“Onun ünvanına səslənən tənqidlərin heç bir dəyəri yoxdur, əhəmiyyət vermək lazım deyil”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının yarımfinalında Fransa yığması ilə keçiriləcək oyun öncəsi rəqib komandanın hücumçusu Kilian Mbappe haqqında danışıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Fransa millisinin liderinə ünvanlanan tənqidləri əsassız hesab etdiyini bildirib:

“Mən Mbappeni möhtəşəm futbolçu sayıram, eynilə öz oyunçularım kimi. Onun ünvanına səslənən tənqidlərin heç bir dəyəri yoxdur.

Onlara əhəmiyyət vermək lazım deyil. Mən böyük futbolçuların pərəstişkarıyam”.

İspaniya – Fransa yarımfinal matçı bu gün keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama