Gələcəyi ilə bağlı qərarını verdi - “Barselona”da qalır?

10:00 İspaniya 80
Gələcəyi ilə bağlı qərarını verdi - “Barselona”da qalır?

“Barselona”nın müdafiəçisi Ronald Arauxo gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komandada qalmaq niyyətindədir.

Daha əvvəl onun başqa kluba keçə biləcəyi ilə bağlı iddialar səsləndirilib.

Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər qüvvədədir.

27 yaşlı müdafiəçi 2025/26 mövsümündə La Liqada 24 oyunda meydana çıxıb, 3 qol vurub və 2 sarı vərəqə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti