Kapitanla yeni müqavilə bağladı - Paytaxtın məşhur təmsilçisi

22:00 İspaniya 119
Kapitanla yeni müqavilə bağladı - Paytaxtın məşhur təmsilçisi

“Atletiko” komandanın kapitanı Koke ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az Madrid təmsilçisinin yaydığı məlumata istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşmanın müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

“Atletiko”nun yetirməsi olan Koke əsas komandada debütünü 2009-cu ilin sentyabrında edib.

O vaxtdan bəri klubun heyətində bütün turnirlər daxil olmaqla 740 oyuna çıxan yarımmüdafiəçi, komandanın tarixində ən çox oyun keçirən futbolçulardan biridir.

Koke ötən mövsüm La Liqada keçirdiyi 34 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti