"Mən onun yerində olsaydım, tərəddüd etmədən razılaşardım"

00:00 İspaniya 111
"Mən onun yerində olsaydım, tərəddüd etmədən razılaşardım"

“Barselona”nın hücumçusu Lamin Yamal klubun Xulian Alvaresi transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl Kataloniya təmsilçisinin “Atletiko”nun hücumçusu üçün təxminən 130 milyon avro təklif etməyə hazırlaşdığı, bu addımın isə dünya çempionatı başa çatdıqdan sonra atılacağı bildirilmişdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Alvaresi komandasında görmək istədiyini gizlətməyib:

“Hazırda bununla bağlı çox düşünmürəm. Amma ümid edirəm ki, bu transfer baş tutacaq, çünki o, əla futbolçudur. Gəlsə, onu sevinclə qarşılayacağıq.

Məncə, o, dünyanın ən yaxşı klubuna, ən yaxşı azarkeşlərinə və ən gözəl şəhərinə gələcək.

Mən onun yerində olsaydım, tərəddüd etmədən razılaşardım. Gəlmək istəyirsə, onu səbirsizliklə gözləyəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti