Bu qadına pul ödəyib ki… VİDEO

03:40 İspaniya 63
Bu qadına pul ödəyib ki… VİDEO

“Atletiko Madrid”in müdafiəçisi Matteo Ruceri bir qadının “İnstaqram”da şəxsi yazışmaların fraqmentlərini paylaşmasından sonra böyük bir qalmaqalın mərkəzində qalıb.

Sportinfo.az xəbər verir ki, qadını sözlərinə görə, futbolçu əvvəlcədən məzmunu müəyyən edilmiş hər səsli mesaj üçün ona 150 avro pul mükafatı təklif edib.

Xüsusilə, bunlara küfr irqçi ifadələr, eləcə də qaradərililərə və digər azlıqlara qarşı təhqirlər daxil olub.

Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video

Qadının sözlərinə görə, Ruceri fərdi ifadələrin necə tələffüz olunacağını və intonasiyanın necə olmalı olduğunu ətraflı izah edib.

Bundan əlavə, şikayətçi futbolçunun cinsi stimullaşdırma zamanı bu səs yazılarını dinləməsinə etiraz edib-etməyəcəyini soruşduğu ekran görüntülərini də yayımlayıb. Onun sözlərinə görə, cavab olaraq ona intim səsli mesajlar da göndərib.

Dərc olunmuş materiallar tez bir zamanda sosial mediada yayılaraq azarkeşlər arasında geniş qəzəbə səbəb olub. İstifadəçilər xüsusilə irqçi məzmunlu iddialar və müxtəlif etnik və sosial qrupların üzvlərinə qarşı təhqirlər səbəbindən qəzəbləniblər.

Matteo Ruceri hələlik iddialarla bağlı açıqlama verməyib. “Atletiko Madrid”dən də rəsmi cavab gəlməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!