13 ildən sonra “Real”a dönən Mourinyo ayın 13-də işə başlayacaq

01:40 İspaniya 52
13 ildən sonra “Real”a dönən Mourinyo ayın 13-də işə başlayacaq

“Real” Joze Mourinyonun yenidən baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı metəxəssis Madrid təmsilçisi ilə üç illik müqavilə imzalayıb.

O, iyulun 13-də komandanın mövsümöncəsi hazırlıqlara başlaması ilə vəzifəsinin icrasına başlayacaq.

Məlumata görə, madridlilər “Benfika”ya 15 milyon avro təzminat ödəyib.

Klub prezidenti Florentino Perez seçki kampaniyası zamanı Mourinyonu yenidən “Santyaqo Bernabeu”ya gətirəcəyinə söz vermişdi.

Perez son seçkilərdə səslərin 65 faizini toplayaraq, rəqibi Enrike Rikelmeni geridə qoyub və növbəti müddət üçün prezident seçilib.

Mourinyo ilk dəfə 2010-2013-cü illərdə “Real Madrid”də çalışıb. Həmin dövrdə o, komanda ilə İspaniya çempionluğu, “Kral Kuboku” və İspaniya Superkubokunu qazanıb.

Portuqaliyalı mütəxəssis sonrakı illərdə “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma”, “Fənərbaxça” və “Benfika” kimi klublarda çalışıb. O, ötən mövsüm “Benfika” ilə mövsümü üçüncü pillədə başa vurub.

Mourinyo son iki mövsümdə titul qazana bilməyən “Real”da yeni uğurlar əldə etməyə çalışacaq. Madrid təmsilçisi mövsümün sonuna qədər komandanı müvəqqəti olaraq çalışdıran Alvaro Arbeloanın rəhbərliyi altında çıxış edib.

Beləliklə, Avropa futbolunun ən tanınmış məşqçilərindən biri təxminən 13 ildən sonra yenidən Madrid klubunun sükanı arxasına qayıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!
12 İyun 01:50 "Qarabağ"dan 3 XƏBƏR