Rafinya üçün 80 milyon avro ödəməyə hazırdır - Ronaldonun klubu

18:40 İspaniya 109
Rafinya üçün 80 milyon avro ödəməyə hazırdır - Ronaldonun klubu

“Barselona”nın və Braziliya millisinin aparıcı futbolçularından olan Rafinya Dias yay transfer dövründə komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının iki top-klubu – “Əl-Nəsr” və “Əl-Hilal” braziliyalı vingerin transferində maraqlıdır.

Hər iki klub 29 yaşlı futbolçu üçün “Barselona”ya 80 milyon avro ödəməyə hazırdır.

Bundan əlavə, Rafinyaya hazırkı maaşından dörd dəfə çox qazanc əldə etməyə imkan verəcək müqavilə təklif olunur.

Xüsusilə, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in bu transferdə fəal olduğu vurğulanır.

Rafinyanın “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti