“Barselona” normal klub olsaydı…” - “Real”ın prezidenti

01:40 İspaniya 82
“Barselona” normal klub olsaydı…” - “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres “Barselona” ilə yaşadığı gərgin münasibətlər barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri əvvəllər iki klubun bir-birinə dəstək verməsinin tərəfdarı olduğunu bildirib:

“Barselona”nın Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrike Neqreyraya uzun illər ödəniş etməsi ilə bağlı ortaya çıxan məlumatlardan sonra fikrim dəyişdi.

Demişdim ki, bir-birimizə kömək etməliyik. “Barselona” normal klub olsaydı, niyə də bir-birimizə dəstək verməyək?

Amma məlum oldu ki, onlar 20 il ərzində Hakimlər Assosiasiyasının vitse-prezidentinə pul ödəyiblər.

Həmin andan etibarən münasibətim dəyişdi. O vaxtdan bəri “Kamp Nou”ya getməmişəm. Hər şey tam aydınlaşana qədər dayanmayacam”.

“Real”la “Barselona” arasındakı münasibətlər son illərdə həm də Avropa Super Liqası layihəsi ətrafında yaranan fikir ayrılıqları səbəbindən gərginləşib.

İyunun 7-də “Real”da prezident seçkiləri keçiriləcək. Peresin yeganə rəqibi 37 yaşlı Enrike Rikelmedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti