“Vilyarreal” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı 38 yaşlı mütəxəssis İniqo Peres çalışdıracaq.
Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
İspaniyalı çalışdırıcının son iş yeri La Liqa təmsilçisi “Rayo Valyekano” olub. O, mayın sonunda Madrid klubundan ayrılmışdı.
“Vilyarreal” ötən mövsümü Marselinyo Qarsiya Toralın rəhbərliyi altında tamamlayıb.
Komanda İspaniya çempionatında 72 xal toplayaraq, turnir cədvəlində üçüncü yeri tutmaqla, növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanıb.

