“Real”ın prezidenti Florentino Peres, “Benfika”nın baş məşqçisi Joze Mourinyonun komandanın “sükanı arxasına” keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:
“Mourinyo? O, əla məşqçidir. Mən onu tanıyıram, o da “Real”ı və oyunçuları tanıyır. Amma bir çox başqa namizədlər var.
Məşqçi tapmaq vacibdir və daha da vacibi komandanın zədəsiz olması və baş məşqçinin mövsüm hazırlığından keçə bilməsidir.
Mövsüm hazırlığı olmadan başlayanda mövsüm bitmiş olur. Amma bizim də yaxşı məşqçimiz olacaq”.
Mourinyo daha əvvəl 2010-cu ildən 2013-cü ilə qədər “Real”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında La Liqa, Kral kuboku və İspaniya superkubokunu qazanıb.

