“Real”ın prezidenti Florentino Peres, hücumçu Vinisius Juniorla müqavilənin müddətinin uzadılması ehtimalı barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun komandada qalmasını istədiyini söyləyib:
“Vinisiusun müqaviləsi bir ildən sonra bitir və o, hələ də müqaviləni yeniləməyib? Hələ vaxt var.
Onun “Real”da əbədi qalmasını istərdim. O, bizə son iki Çempionlar Liqası titulunu qazandırdı və kluba çox yaxşı uyğunlaşır. Bilirsiz, onu kim sevmir? “Real” azarkeşi olmayanlar”.
Vinisius 2018-ci ildə 45 milyon avro qarşılığında “Flamenqo”dan “Real”a transfer olunub. Onun Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.
25 yaşlı forvard 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

