“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun yaxın aylarda komandadan ayrılması ehtimalı yüksəkdir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun gələcəyi ilə bağlı qərarını yaxın zamanda verməsi gözlənilir.
Yarımmüdafiəçinin agenti Jorje Mendeş onu “Monako”ya təklif edib.
Daha əvvəl Kasadonun Səudiyyə Ərəbistanı klubuna transfer oluna biləcəyi ilə bağlı xəbərlər də yayılıb.
22 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. “Transfermarkt” onun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

