Birdəfəlik transferinə də razılıq verə bilər - Daha artığını gözləyirmiş

12:45 İspaniya 54
Birdəfəlik transferinə də razılıq verə bilər - Daha artığını gözləyirmiş

“Barselona”nın vingeri Runi Bardqi yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik 20 yaşlı futbolçuya heyətdə daimi yer qazanmasının çətin olacağını bildirib.

Almaniyalı mütəxəssis bunu əsasən Lamin Yamal kimi güclü rəqibin mövcudluğu ilə əlaqələndirib.

Flik Bardqinin məşqlərdəki çalışqanlığından razı qalsa da, mövsümün sonlarında zədələnən Yamalın əvəzində şans qazandığı oyunlarda ondan daha yaxşı performans gözlədiyi vurğulanır.

Müntəzəm oyun praktikası əldə edə bilməməsindən narazı qalan isveçli futbolçu agentindən icarə variantları axtarmağı xahiş edib.

Bununla belə, Kataloniya klubu əlavə gəlir əldə etmək məqsədilə oyunçunun birdəfəlik transferinə də razılıq verə bilər.

“Barselona” Bardqinin potensialına inandığı üçün mümkün satış müqaviləsinə geri satınalma hüququnun daxil edilməsini planlaşdırır.

Bu, gələcəkdə futbolçunun inkişaf edəcəyi halda onu yenidən komandaya qaytarmaq imkanı yaradacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti