“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal, komanda yoldaşı Qavi ilə aralarında olan maraqlı söhbətdən danışıb.
Qavi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Kosta-Rika millisi ilə oyunda fərqlənərək, İspaniya yığmasının tarixində mundialda qol vuran ən gənc futbolçu rekordunu qırmışdı.
O, həmin vaxt 18 yaş 110 günlük idi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, çoxlu rekordların müəllifi olan Yamal, bu nailiyyəti geridə qoymağın artıq mümkün olmadığını etiraf edib:
“AÇ-2024 başa çatandan bəri Qavi mənə daim deyir ki, onun rekordunu qıra bilməyəcəm.
İndi düşünürəm ki, dünya çempionatında het-trik etməliyəm. Onda mundialda het-trik edən ən gənc ispaniyalı futbolçu rekordunu mən əldə edərəm”.
İyulda 19 yaşı tamam olacaq ispan vinger qarşıdakı dünya çempionatında yeni rekordlar qırmağa çalışacaq.
İspaniya millisi DÇ-2026-da Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla birlikdə eyni qrupda mübarizə aparacaq.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

