Premyer Liqadakı portuqaliyalı ilə razılığa gəldi - “Barselona”

00:00 İspaniya 94
Premyer Liqadakı portuqaliyalı ilə razılığa gəldi - “Barselona”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə “Barselona” arasında mümkün transferlə bağlı mühüm irəliləyiş əldə olunub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı futbolçunun ətrafı ilə ilkin razılığa gəlib.

Bununla belə, transferin rəsmiləşməsi üçün son qərar baş məşqçi Hans-Diter Flik tərəfindən veriləcək.

Silva “Barselona”ya keçməyə ciddi maraq göstərir və transferi asanlaşdırmaq üçün maaşında əhəmiyyətli azalmaya da razıdır.

Agenti Jorje Mendeş də onun Kataloniya klubunda oynamağa hazır olduğunu təsdiqləyib.

Buna baxmayaraq, “Barselona” heyət planlamasını yekunlaşdırmaq üçün vaxt istəyib. Klub daxilində transferin komandanın balansına təsiri qiymətləndirilir.

Digər mənbələr isə Flikin bu keçidə müsbət yanaşdığını bildirir. Hazırkı mərhələdə qərarın yaxın saatlarda verilməsi gözlənilir.

31 yaşlı yarımmüdafiəçi “Mançester Siti”ni azad agent kimi tərk edə bilər və bu, transferi daha da real edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti