“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun “Barselona”ya tamhüquqlu transferi hələ də mümkündür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun transfer hüququnu almaq üçün iyunun 15-dək vaxt qazanıb.
Bildirilir ki, “Barselona” Reşfordun müqaviləsində nəzərdə tutulan 30 milyon avroluq satınalma maddəsini aktivləşdirə bilər.
Hazırda kataloniyalılar əsas diqqəti “Nyukasl”ın futbolçusu Entoni Qordonun transferinə yönəldib.
İngiltərəli oyunçunun həm sol cinahda, həm də mərkəz hücumçusu mövqeyində çıxış edə bilməsi üstünlük kimi qiymətləndirilir
. Bundan əlavə, Qordonun Reşforddan daha gənc olması və daha az maaş alması da vacib amillərdəndir.
Bununla belə, Qordon və Reşfordun transferləri bir-biri ilə əlaqəli deyil və Markus hələ də “Barselona” üçün hücum xəttini gücləndirə biləcək variantlardan biri hesab olunur.
“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən 28 yaşlı vinger ötən mövsüm bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 14 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

