Tərəflər arasında heç bir fikir ayrılığı yoxdur - Qalmır, gedir

00:00 İspaniya 60
Tərəflər arasında heç bir fikir ayrılığı yoxdur - Qalmır, gedir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer dönəmində klubdan ayrılmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında heç bir fikir ayrılığı yoxdur.

Həm klub rəhbərliyi, həm də futbolçu artıq yolları ayırmağın ən doğru qərar olduğuna inanır.

Almaniyalı qolkiperin hazırda karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirdiyi və İspaniyanı tərk etməyə müsbət yanaşdığı bildirilir.

Ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir. 34 yaşlı futbolçu Kataloniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 423 oyunda meydana çıxıb və qapısından 416 qol buraxıb.

Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti