“Real”ın prezidentliyinə namizəd Enrike Rikelme komandaya gətirməyi planlaşdırdığı iki böyük transfer barədə yenidən danışıb.
Sportinfo.az “Madrid Zone”-ya istinadən xəbər verir ki, “kral klubu”nun hazırkı rəhbəri Florentino Peresin rəqibi, futbolçuların adlarını açıqlamasa da, növbəti dəfə maraqlı ipucları verib:
“Deyə bilərəm ki, biz dünya səviyyəli iki top-futbolçu transfer edəcəyik. İspaniya millisində dünya çempionatı üçün sevimli klubumdan heç bir oyunçunun olmaması məni çox incidir.
“Real”ın prezidenti seçilsəm, dünya çempionatında iştirak edəcək bir ispan futbolçu komandamıza qoşulacaq”.
Daha əvvəl yayılan məlumatlarda 37 yaşlı iş adamının “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini nəzərdə tutduğu iddia olunurdu.
“Real”da yeni prezident seçkiləri gələn ayın 7-də keçiriləcək.

