“Barselona” yeni transferini bu gün rəsmən açıqlayacaq?

18:20 İspaniya 24
“Barselona” yeni transferini bu gün rəsmən açıqlayacaq?

“Barselona” “Nyukasl”ın vingeri Entoni Qordonun transferini yekunlaşdırmaq üzrədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi həm İngiltərə klubu, həm də futbolçunun özü ilə razılıq əldə edib.

Bildirilir ki, 25 yaşlı oyunçu artıq dünən tibbi müayinədən də keçib.

“Barselona” transferi bu gün rəsmən açıqlamağı planlaşdırır. Gözlənilir ki, Qordon komandanın yeni futbolçusu kimi ictimaiyyətə təqdim olunacaq və müqavilədən sonra ilk açıqlamalarını verəcək.

Transferin Kataloniya klubuna təxminən 80 milyon avroya başa gələcəyi bildirilir. İngiltərəli vingerlə “Bayern” və “Liverpul” da maraqlanırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti