Menecerinə ona yeni klub tapmağı tapşırdı - “Barselona”nın vingeri

29 May 15:20 İspaniya 524
Menecerinə ona yeni klub tapmağı tapşırdı - “Barselona”nın vingeri

“Barselona”nın vingeri Runi Bardqi yayda komandasını dəyişmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu agentinə özü üçün yeni klub tapmağı tapşırıb.

O, kifayət qədər oyun praktikası əldə etmədiyi üçün daha çox meydana çıxacağı komandaya keçmək istəyir.

İsveçli futbolçu tam transferdən daha çox icarə variantına üstünlük verir.

Bardqi ötən ilin yayında Danimarkanın “Kopenhagen” klubundan “Barselona”ya transfer olunub.

O, başa çatan mövsümdə Hans-Diter Flikin rəhbərlik etdiyi komandada bütün turnirlər daxil olmaqla 28 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!