Bəzi futbolçular onun gələcək planlarına daxil deyil - “Real”a qayıdası olsa

01:40 İspaniya 97
Bəzi futbolçular onun gələcək planlarına daxil deyil - “Real”a qayıdası olsa

Hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyo yayda “Real”ın baş məşqçisi ola bilər.

Portuqaliyalı mütəxəssis artıq qarşıdakı mövsüm üçün komandanın heyətini planlaşdırmağa başlayıb və bəzi futbolçular onun gələcək planlarına daxil deyil.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, 63 yaşlı çalışdırıcı mərkəz müdafiəçisi Eder Militaonun satılmasını istəyir.

Buna səbəb braziliyalı futbolçunun son illərdə davamlı zədə problemləri yaşamasıdır.

Bildirilir ki, 28 yaşlı müdafiəçi ilə PSJ maraqlanır. Ancaq Paris təmsilçisi “Real”ın futbolçu üçün tələb etdiyi məbləği ödəməyə hazır deyil.

Mourinyonun “kral klubu”na qayıdışı isə böyük ölçüdə, Florentino Peresin 7 iyunda keçiriləcək prezident seçkilərində qələbə qazanmasından asılıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti