“Selta”nın müdafiəçisi Oskar Minqesa yay transfer pəncərəsində komandasını tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində “Barselona”, “Yuventus” və “Aston Villa” maraqlıdır.
Bildirilir ki, müdafiəçi karyerasında yeni mərhələyə başlamağa hazırdır və “Selta”dan ayrılmaq niyyətindədir.
Minqesa “Barselona” akademiyasının yetirməsidir və 2022-ci ildə Kataloniya klubundan “Selta”ya azad agent kimi keçmişdi. Onun klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədərdir.
İspaniyalı futbolçu cari mövsümdə 47 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

