“Benfika”nın baş məşqçisi Joze Mourinyonun adı yenidən “Real”la yanaşı hallanır.
İddialara görə, portuqaliyalı mütəxəssis “kral klubu”na qayıdacağı halda komandadakı əsas fiqurlardan biri kimi Arda Güləri görür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mourinyo artıq türk yarımmüdafiəçi ilə əlaqə saxlayaraq, komandadakı rolu barədə ona məlumat verib.
21 yaşlı Arda 2023-cü ilin yayında “Real”a transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

