“Real” 60 milyon avro ödəməyə hazırdır - Rodri üçün

00:20 İspaniya 112
“Real” 60 milyon avro ödəməyə hazırdır - Rodri üçün

“Real” yay transfer pəncərəsində “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq istəyir.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “qızıl top” mükafatının sahibi karyerasını vətənində davam etdirməyə müsbət yanaşır.

Ancaq “Mançester Siti” rəhbərliyi yarımmüdafiəçinin transferi üçün yüksək məbləğ tələb edir. “Şəhərlilər” Rodrinin satışından 84 milyon avro qazanmaq niyyətindədir.

Madrid təmsilçisi isə bu məbləği həddindən artıq yüksək hesab edir. “Kral klubu”nun ispaniyalı futbolçu üçün təxminən 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.

29 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə Premyer Liqada 21 oyunda iştirak edib, 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti