“Onların və digər klubların daxili işlərindən xəbərim yoxdur”

27 May 15:20 İspaniya 499
“Onların və digər klubların daxili işlərindən xəbərim yoxdur”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, Joze Mourinyonun “Real”a mümkün təyinatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bütün klubların qərarlarına hörmətlə yanaşdığını deyib:

“Klubların fəaliyyətinə böyük hörmətim var. “Real”ın və ya digər klubların daxili işlərindən xəbərim yoxdur. Buna görə də, onların verdiyi qərarlara hörmətlə yanaşıram”.

Hazırda “Benfika”nın baş məşqçisi olan Mourinyonun Alvaro Arbeloanın istefasından sonra bu yay “Real”ın “sükanı arxasına” keçəcəyi gözlənilir.

De la Fuente qarşıdan gələn dünya çempionatı üçün İspaniya millisinə “Real”dan bir nəfər də olsun futbolçu çağırmayıb. Bu, Madrid klubunun tarixində ilk dəfədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!