Yenidən “Atletiko”nun maraq dairəsinə düşdü - “Barselona”nın yarımmüdafiəçisi

17 Yanvar 12:00 İspaniya 527
Yenidən “Atletiko”nun maraq dairəsinə düşdü - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yenidən “Atletiko”nun maraq dairəsinə düşüb.

Madridlilərin onunla maraqlanması ötən ilin yayında da gündəmə gəlmişdi, ancaq həmin vaxt konkret danışıqlar mərhələsinə keçilməmişdi.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, hazırda 22 yaşlı futbolçu karyerasında dəyişiklik etməyi ciddi şəkildə nəzərdən keçirir və Madrid təmsilçisi onun transfer imkanlarını dəyərləndirir.

“Atletiko”nun yarımmüdafiə üçün əsas transfer hədəfi “Vulverhempton”un braziliyalı futbolçusu Joao Qomeşdir.

Madrid klubu bu transferi reallaşdıra bilməsə, böyük ehtimalla, alternativ variant kimi Mark Kasadonun namizədliyinə üstünlük verəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti