“Real”ın sabiq futbolçusu Xorxe Valdano Xabi Alonsonun istefasından sonra Alvaro Arbeloanın “kral klubu”nun baş məşqçisi postuna təyin olunmasına münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Arbeloanın klub üçün yad fiqur olmadığını deyib:
“Arbeloa klubu çox yaxşı tanıyır, uzun illərdir “Real”ın sistemində çalışır.
O, hazırda komandanın paltardəyişmə otağında hansı ab-havanın olduğunu da dəqiq bilir. Sadəcə, gözləmək və hadisələrin necə inkişaf edəcəyini izləmək lazımdır”.
Xabi Alonso ötən ilin yayından etibarən Madrid təmsilçisinin baş məşqçisi vəzifəsini icra edirdi.
“Real” ispaniyalı mütəxəssisin rəhbərliyi altında keçirilən son oyunda – superkubokun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.

