Yaxın vaxtlarda klubla müqaviləsinin müddətini uzadaca

12:00 İspaniya 79
Yaxın vaxtlarda klubla müqaviləsinin müddətini uzadaca

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis yaxın vaxtlarda klubla müqaviləsinin müddətini uzadacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun Paris klubu ilə yeni sözləşməsinin müddəti 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.

Tərəflər arasında yalnız bəzi detalların razılaşdırılması qalıb və anlaşma artıq son mərhələdədir. Bu da futbolçunun mümkün ayrılığı ilə bağlı yayılan şayiələrə baxmayaraq, baş verir.

29 yaşlı yarımmüdafiəçi 2022-ci ildə PSJ-yə transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Hazırda onunla Paris klubunun qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!