“Atalanta” “Atletiko”nun hücumçusu Cakomo Raspadori ilə razılığa gəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı forvardın transferi üçün tərəflər 25 milyon avroluq anlaşma imzalayıblar.
“Atalanta” “Roma”nın italiyalı oyunçunu icarəyə götürmək və sonradan alma hüququ ilə transfer etmək planını qabaqlayıb.
Raspadori avqustda “Napoli”dən “Atletiko”ya keçib. Onun transferi 22+4 milyon avro dəyərində olub və müddəti 5 il olan müqavilə imzalanıb.

