“Real”ın Alonsoya nə qədər təzminat ödəyəcəyi bilindi

14 Yanvar 10:20 İspaniya 9 600
“Real”ın Alonsoya nə qədər təzminat ödəyəcəyi bilindi

“Real” baş məşqçi Xabi Alonsonu istefaya göndərib.

Bu qərar komanda İspaniya superkubokunun finalında “Barselona”ya uduzduqdan (2:3) sonra qəbul edilib.

Sportinfo.az COPE-yə istinadən xəbər verir ki, müqavilənin vaxtından əvvəl pozulması nəticəsində klub Alonsoya yalnız mövsümün sonuna qədər olan maaşını ödəyəcək, üç illik müqavilənin tam məbləğini deyil.

Məşqçinin müqaviləsində xüsusi bənd olub ki, o, ilk iş ilində istefaya göndərilirsə, yalnız bir mövsümün maaşı ödənilir.

“Real” hazırda La Liqada 19 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti