“Kubun daxilində nələrin baş verdiyini bilmirəm, bu, bizi maraqlandırmır”

00:00 İspaniya 80
“Kubun daxilində nələrin baş verdiyini bilmirəm, bu, bizi maraqlandırmır”

“Barselona”nın idman direktoru Deku Xabi Alonsonun “Real”ın baş məşqçi postundan göndərilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı funksioner Kataloniya klubunun digər komandaların daxili məsələlərinə qarışmadığını bildirib:

“Biz öz işimizə fokuslanmışıq. Digər klublarda baş verənlər haqqında düşünmürük. Amma həm “Barselona”da, həm də “Real”da təzyiq hər zaman çox olur. Nəticələr istənilən kimi olmayanda ilk zərbə baş məşqçilərə dəyir”.

O, Alonsonun gedişinin onu qismən təəccübləndirdiyini də deyib:

“Alonsonun gedişi bir qədər gözlənilməz oldu, çünki çox az vaxt keçmişdi. Onlar superkubokda bizə uduzdular, amma La Liqada cəmi dörd xal geri qalırlar.

Çempionlar Liqasında isə işləri pis getmir. Buna baxmayaraq, kənardan şərh vermək istəmirəm, çünki klubun daxilində nələrin baş verdiyini bilmirəm. Bu, bizi maraqlandırmır”.

Deku həmçinin, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik barədə də danışıb:

“Məndən Flik haqqında soruşanda, hisslərim statistik göstəricilərdən daha çox şey deyir. Biz bilirdik ki, Fliklə yaxşı günlər yenidən qayıdacaq”.

Alonsonun gedişindən sonra “Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!