“Real” baş məşqçini istefaya göndərdi

12 Yanvar 22:00 İspaniya 177
“Real” baş məşqçini istefaya göndərdi

Xabi Alonso “Real”ın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, mütəxəssislə yolların ayrılması barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real”a rəhbərlik edirdi. Yanvarın 11-də baş tutan İspaniya Superkubokunun finalında madridlilər “Barselona”ya 2:3 hesabı ilə məğlub olmuşdu.

“Real” klubunun rəsmi saytında yer alan açıqlamada bildirilir:

"‘Real’ futbol klubu Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında əsas komandanın baş məşqçisi vəzifəsindəki fəaliyyətinin başa çatdırılması barədə qərar qəbul edildiyini elan edir.

Xabi Alonso hər zaman ‘Real’ azarkeşlərinin sevgisini və hörmətini qazanacaq. Çünki o, klubumuzun əfsanəsidir və daim ‘Real’ın dəyərlərini təcəssüm etdirib.

‘Real’ Madrid onun üçün hər zaman ev olacaq. Klubumuz Xabi Alonsoya və onun məşqçilər heyətinə bu müddətdə göstərdikləri əməyə və sədaqətə görə təşəkkür edir və onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayır”.

“Real” Alvaro Arbeloanın əsas komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. O, buna qədər “Real”ın gənclərdən ibarət komandasını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 18:10 Çək və bizə göndər!
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI
12 Yanvar 03:00 Çempionlar - FOTOLAR