“Real”ın hücumçusu Endrik icarə əsasında “Lion”a keçdikdən sonra “kral klubu”nun baş məşqçisi Xabi Alonso ilə bağlı fikirlərini bölüşüb.
Braziliyalı forvard cari mövsümün ilk yarısında Alonso tərəfindən meydana nadir hallarda buraxıldığı üçün klub rəhbərliyi onun oyun praktikasını artırmaq məqsədilə icarəyə göndərilməsi qərarını verib.
Spportinfo.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, Endrik, Alonso ilə tez-tez ünsiyyətdə olduğunu bildirib:
“Mən Alonso ilə tez-tez danışırdım. O, çoxlu titullar qazanıb, İspaniya millisi ilə dünya çempionu olub.
Bilirəm ki, ondan çox şey öyrənə bilərəm. Belə insanların mənim daha yaxşı futbolçu olmağıma kömək etməsini istəyirəm.
Ümid edirəm ki, bir gün mən də Braziliya millisinin heyətində dünya çempionu olaram”.
19 yaşlı hücumçunun “Lion”dakı icarə müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.

