“Ağlınızda nə olursa olsun, o, həmişə danışmağa hazırdır”

10 Yanvar 18:40 İspaniya 689
“Ağlınızda nə olursa olsun, o, həmişə danışmağa hazırdır”

“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın baş məşqçisi Hans-Diter Fliklə münasibəti haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin həmişə söhbət, müzakirə üçün əlçatan olduğunu və bunun komanda mühitində vacibliyini bildirib:

“Onun oyunçularla ünsiyyət qura bilməsini vurğulayardım. Ağlınızda nə olursa olsun, o, həmişə danışmağa hazırdır. Bu, çox vacibdir”.

“Barselona”nın növbəti oyunu yanvarın 11-də, İspaniya superkubokunun finalında “Real”a qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!