"O, yüksək səviyyədə çıxış edir" - Ehtiyatda saxladığı futbolçudan razıdır

10 Yanvar 15:20 İspaniya 941
"O, yüksək səviyyədə çıxış edir" - Ehtiyatda saxladığı futbolçudan razıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Robert Levandovskinin çıxışından məmnunluğunu bildirib.

İspaniya superkubokunun yarımfinalında “Atletik”ə qarşı keçirilən oyunda (5:0) polşalı futbolçu ehtiyatda qalmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı jurnalistlərin Levandovskinin gələcəyi ilə bağlı sualına belə cavab verib:

“Gələcək mövsüm barədə bilmirəm. Amma Levandovskidən və onun gördüyü işdən razıyam. O, yüksək səviyyədə çıxış edir”.

37 yaşlı forvardın “Barselona” ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti