“Klubun prezidenti səni qovacaq, yadında saxla!” - QALMAQALLI VİDEO

9 Yanvar 12:20 İspaniya 347
“Klubun prezidenti səni qovacaq, yadında saxla!” - QALMAQALLI VİDEO

Ötən gecə Səudiyyə Ərəbistanında baş tutan Madrid derbisində qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, İspaniya Superkubokunun yarımfinalında “Real”a 1:2 hesabı ilə uduzan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunun gedişində rəqibin vingeri Vinisius Juniora səslənib.

O, ilk fasilədən əvvəl braziliyalı futbolçuya bu sözləri deyib:

“Vini, Vini… Florentino (“Real” klubunun prezidenti) səni qovacaq, yadında saxla”.

Futbolçunu sakitləşdirməyə çalışıblar. Lakin mübahisə bununla yekunlaşmayıb.

Simeone ikinci dəfə Vinisius 81-ci dəqiqədə Arda Gülerlə əvəzləndikdən sonra tribunalara işarə edib, barmağını qulağına apararaq jestlər göstərib.

Matçdan sonra keçirilən mətbuat konfransında Dieqo Simeone baş verənlərə belə münasibət bildirib:

“Deyəcək sözüm yoxdur. Bizə əvvəldən öyrədildiyi kimi, meydanda baş verənlər elə orada da qalmalıdır. Mübahisə? Xatırlamıram, yaddaşım zəifdir”.

“Real”ın baş məşqçisi Xabi Alonso isə Simeonenin davranışını tənqid edib:

“Mən rəqib futbolçulara hörmətlə yanaşıram və adətən onlarla dialoqa girmirəm. Onun Vinisiusa dediklərini eşidəndə heç xoş gəlmədi.

Bu cür ifadələr idman davranışına uyğun deyil. Rəqibə hörmət etmək lazımdır. Meydanda da müəyyən hədlər var”.

Sözügedən anları təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI