“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya çempionatının top-klubunda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
21 yaşlı futbolçunun transferində “Real” maraqlıdır. Potensial keçidin dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
“Kral klubu” Uortonu yarımmüdafiədə fransalı Orelyen Tçuameniyə alternativ variant kimi görür.
Uorton cari mövsümdə “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.
İngiltərəli yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

