“Barselona”nın müdafiəçisi anasının kəndinə getdi, ayaqyalın futbol oynadı

22:00 İspaniya 99
“Barselona”nın müdafiəçisi anasının kəndinə getdi, ayaqyalın futbol oynadı

“Barselona”nın müdafiəçisi Jül Kunde Milad tətilini anasının vətəni olan Benində keçirmək qərarına gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu burada da topdan uzaq qalmayıb.

Ancaq bu dəfə “Kamp Nou”da deyil, anasının doğulduğu kiçik kənddə, sadə bir meydançada və hətta ayaqyalın futbol oynayıb.

Bu maraqlı hadisəni izləmək üçün demək olar ki, bütün kənd əhalisi bir araya toplaşıb. Kundenin yerli sakinlərlə birlikdə futbol oynaması böyük maraq və sevinc doğurub.

27 yaşlı müdafiəçi artıq təxminən dörd ildir “Barselona”nın formasını geyinir. O, 2022-ci ilin yayında Kataloniya klubuna sabiq baş məşqçi Xavi Hernandesin dəvəti ilə keçmişdi.

Benin məlum olduğu kimi, Fransanın keçmiş müstəmləkələrindən biridir. Kunde 2021-ci ildən etibarən Fransa millisinin heyətinə də cəlb olunur.

Digər Xəbərlər
Xəbər Lenti