“Real” icarəyə verməyəcək - Argentinalı yarımmüdafiəçini

21:40 İspaniya 85
“Real” icarəyə verməyəcək - Argentinalı yarımmüdafiəçini

“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono qış transfer pəncərəsində icarəyə verilməyəcək və 2025/26 mövsümünün ikinci yarısında daha çox oyun təcrübəsi qazanmaq üçün komandada qalacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Xabi Alonso və rəhbərlik Mastantuononu layihənin əsas oyunçularından biri kimi görür.

Əvvəlki xəbərlərdə bildirilirdi ki, argentinalı futbolçu milliyə dəvət almaq üçün “Real”dan icarəyə göndərilə bilər və bu halda “Napoli” onun üçün 50 milyon avro ödəməyə hazır idi.

Mastantuono bu ilin avqustundan bəri “Real”da çıxış edir. Madrid klubu onun üçün “River Pleytə”ə 45 milyon avro ödəmişdi.

O, hazırda bütün turnirlərdə 14 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti