"Uğur qazandıqdan sonra da inkişaf etmək üçün insan bir qədər işinə qapalı olmalıdır"

20:50 İspaniya 74
"Uğur qazandıqdan sonra da inkişaf etmək üçün insan bir qədər işinə qapalı olmalıdır"

“Barselona”nın hücumçusu Robert Levandovski futbolda uğur qazanmağın əsas şərtlərindən danışıb.

37 yaşlı forvard uzun illərdir dünyanın ən güclü hücumçularından biri statusunu qoruyub saxlayır.

O, cari mövsümdə hər zaman start heyətində meydana çıxmasa da, effektivliyini itirməyib.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, polşalı futbolçu əsl çətinliyin zirvəyə qalxmaq deyil, orada qalmaq olduğunu bildirib:

“Zirvəyə çatmaq o qədər də çətin deyil. Əsl sınaq ildən-ilə ən yüksək səviyyədə qalmaq, motivasiyanı itirməməkdir.

Təkcə istək kifayət etmir, köklənməyə ehtiyac var. Uğur qazandıqdan sonra da inkişaf etmək üçün insan bir qədər işinə qapalı olmalıdır”.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. O, karyerasını harada davam etdirəcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Digər Xəbərlər
Xəbər Lenti