Hazırda iki müdafiəçi arasında seçim edir - “Barselona”

27 Dekabr 2025 21:40 İspaniya 987
Hazırda iki müdafiəçi arasında seçim edir - “Barselona”

“Barselona” rəhbərliyi hesab edir ki, “Mançester Siti”nin müdafiəçisi Natan Akenin oyun üslubu Hans-Diter Flikin komandası üçün Aksel Disasidən (“Çelsi”) daha uyğundur.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Niderlandlı futbolçu “Barselona”ya keçid perspektivinə nikbin yanaşır. Ancaq transfer çətinliklərlə üzləşir.

“Şəhərlilər” ya Akenin tam transfer edilməsini, ya da onu başqa keçidin tərkib hissəsi kimi təqdim etmək istəyir. Halbuki “Barselona” icarə variantını, sonradan alma hüququ ilə nəzərdən keçirir.

30 yaşlı futbolçu 2020-ci ilin yayından “Mançester Siti”nin formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb.

Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"