Zinəddin Zidanın namizədliyi yenidən müzakirə olunur - “Real”da

27 Dekabr 2025 18:20 İspaniya 877
Zinəddin Zidanın namizədliyi yenidən müzakirə olunur - “Real”da

“Real”da fransalı mütəxəssis Zinəddin Zidanın namizədliyi yenidən müzakirə olunur.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres Zidanın komandaya qayıdışında şəxsən maraqlıdır və onun baş məşqçi postuna gətirilməsini istəyir.

Ancaq bu planın reallaşması üçün Zinəddin Zidan Fransa millisində çalışmaq perspektivindən imtina etməli olacaq.

Mütəxəssis hazırda 2026-cı il dünya çempionatından sonra Fransa yığmasına baş məşqçi təyin olunacağına ümid edir.

“Real” Zidanın rəhbərliyi altında ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Hazırda isə “kral klubu”nun baş məşqçisi postunu ispan mütəxəssis Xabi Alonso tutur. O, komandaya bu ilin yayından rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"